LERIK Lerik Rayonu Bile Band LAN KON Əlaqə
 Lerik Rayonu Talysh Daglarin Zirvesinde En Shefali Gushe
Лерикскй район, РАЙОН ДОЛГОЖИТЕЛЕЙ
Dəniz səviyyəsindən 1640 metr hündürlükdə olan Dəlikdaş zirvəsindəki mağaralar Lerik-Buzeyir yolunun 10-cu km-liyində yerləşir. Yerli əhali onları Haliqəvi koç Təblononc və Hılıde adlandırır. Hılıde mağarası bu ərazilərdəki ən böyük mağara hesab olunur. Onun sahəsi 600 kvadratmetrdir. İxtisasca biologiya müəllimi Əliheydər Əliyev deyir ki, indiyədək 43 mağarada olub. O, mağaraların hamısında insan məskəninin izlərini görüb.  
Davamı...

Açar sözlər:

Yazar: lerik | Tarix: Fevral 11, 2010 14:12 | Cenub Menzereleri, Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 25

Lənkəranda Hilli adlanan məşhur bir tütək var. Bir neçə il əvvəl əkin sahəsində tapılan musiqi aləti düz 4500 il yaşa malikdir. Bunu rayona gələn xarici mütəxəsislərdən ibarət komissiya müəyyən edib. İndi həmin alət el sənətkari Surxay Əliyevin evində saxlanılır.
Davamı...

Açar sözlər:

Yazar: lerik | Tarix: Fevral 11, 2010 12:07 | Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 24

Azərbaycanın cənub rayonlarında davam edən kəskin hava şəraiti yerli sakinlər üçün ciddi problemlər yaradıb.

APA-nın cənub bürosunun məlumatına görə, bölgədə ən gərgin vəziyyət Lerik və Yardımlı rayonlarında müşahidə olunur.

Ötən gün Lerikə 17 sm, Yardımlıya isə 22 sm qar yağıb. Yüksək dağlıq ərazilərdə qarın hündürlüyü 30-35 santimetrə çatır. Ötən gecə bu rayonlarda 4-9 dərəcə şaxta müşahidə olunsa da, yüksək dağlıq ərazilərdə temperatur hətta mənfi 12-15 dərəcəyə düşüb.

Mövcud vəziyyət yollarda avtomobillərin hərəkətində ciddi problem yaradıb. Lerik-Lənkəran və Yardımlı-Masallı magistral yollarının buz bağlaması, həmçinin havanın dumanlı olması maşınların hərəkətini xeyli çətinləşdirib. Bəzi ucqar dağ kəndlərinə gediş-gəliş tamamilə kəsilib. Kəskin hava şəraiti dağlıq rayonlarda təbii qazın nəqlində hər hansı bir problem yaratmasa da, enerjinin verilişində fasilələrə səbəb olub.

 

Davamı...

Açar sözlər:

Yazar: lerik | Tarix: Fevral 6, 2010 15:19 | Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 24

Azərbaycan Silahlı Qüvvələrinin istefada olan generalı Zaur Rzayev dünyasını dəyişib.

Bu barədə APA-ya generalın dostu Telman Mehdiyev məlumat verib.

Z. Rzayev uzun xəstəlikdən sonra yanvarın 29-da gecə saatlarında vəfat edib. Azərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri olmuş Z. Rzayev 1937-ci ildə Lənkəran rayonunda anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Sovet ordusunun müxtəlif hərbi hissələrində xidmət edib və bir müddət Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1991-ci il oktyabr ayında polkovnik rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin keçmiş sovet ordusunun 18 110 saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissəsinə komandir təyin edilib. Azərbaycan Silahlı Qüvvələrində korpus komandiri və müdafiə nazirinin istiqamətlər üzrə müavini olub.

Davamı...

Açar sözlər: anspress allah rəhmət eləsin 

Yazar: lerik | Tarix: Fevral 1, 2010 11:16 | Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 27

Rübai bu günlə də, sabahla da ayaqlaşan, keçmişdən gələcəyə fasiləsiz yol gedən ən qədim şeir növüdür. Şərqin, Qərbin, dünyanın dəyərləndirdiyi bu dörd misradan ibarət poeziya meyarı qərinə-qərinə, əsr-əsr addımlayaraq, kompüterli, robotlu, bilgisayarlı zəmanəmizə təşrif buyurub. ...Qalalı adlı kəndimizdən (Muğanda) yeddinci sinifdə oxuyarkən Lerikə qonaq getməyimi, hüquqşünas dayımgildə iki həftə qonaq qalmağım, ecazkar təbiət mənzərələrinə vurğunluqla baxmağım, bulaqların və çeşmələrin zümzüməsinə, meşələrdə quşların nəğməsinə, yarpaqların pıçıltısına maraqla, həvəslə qulaq asmağım həmişə yaddaşımdadır. Lerik bölgəsi ilə ünsiyyətim indi də davamlıdır. Yaşımın ahıllıq çağında yenə o yerlərə baş çəkib, gözəlliklərə "qocaman uşaq" gözüylə baxıram. Lerikli dostlarım, yaxın yoldaşlarım çoxdur. Amma bu məqaləmin səbəbkarını hələlik görməmişəm. O, təzəcə çapdan çıxmış kitabını əyalətdən mənə ərməğan göndərib: "Ürəyimin dünya dərdi". Davamı...

Açar sözlər:

Yazar: lerik | Tarix: Sentyabr 14, 2009 15:13 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 60

Lerikdəki Uzunömürlülər muzeyi turistlərin diqqət mərkəzində Lerikdə Uzunömürlülər muzeyi fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dünyada analoqu olmayan muzey üç salonda yerləşir. Salonlarda ahılların həyat və məişətini əks etdirən 2 mindən artıq eksponat yer alıb. Burada yaşı yüzü keçən insanların haqqında maraqlı məlumatlar və fotoşəkillər sərgilənir. Davamı...

Açar sözlər:

Yazar: lerik | Tarix: Sentyabr 14, 2009 15:12 | Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 62

Lerik rayon İcra Hakimiyyətindən "Həftə içi"nə verilən məlumata görə, rayonun daxili imkanları hesabına Lerik şəhərində su xətlərinin yeniləşdirilməsi ilə bağlı işlər görülüb, Lələhiran kəndinə 1,5 kilometr məsafədən plastik borularla su xətti çəkilib. Şəhərdə su çatışmazlığını qismən aradan qaldırmaq üçün kommunal müəssisələri istehsalat birliyi üçün alınmış 2 su maşınından istifadə edilir. Rayonda tikinti-quraşdırma və abadlıq işləri də davam etdirilir. Qeyd olunub ki, Çayrud kəndində 200, Hovil kəndində 120 şagird yerlik məktəblərin tikintisində son tamamlama işləri aparılır: "Lənkəran - Lerik yolu boyunca turizm-istirahət mərkəzlərində iş davam etdirilir, yeni kotteclər, istirahət meydançaları tikilib. Qosmalian kəndi ərazisində "Relax" turizm-istirahət mərkəzinin yeni istirahət evləri tikilir. Bilnə kəndi yaxınlığındakı yeni "Səfa" turizm mərkəzində tikinti davam etdirilir. Orada 15 nəfərdən artıq sakin müvəqqəti işlə təmin edilib. Lənkəran - Lerik yolunun 50-ci kilometrində müasir standartlara cavab verən ticarət mərkəzinin tikintisi də davam etdirilir. Yolun Piran kəndindən keçən hissəsində yeni ticarət obyektləri inşa edilib, kəndin küçələrində işıqlandırma sistemi yaradılıb". Davamı...

Açar sözlər:

Yazar: lerik | Tarix: Sentyabr 14, 2009 11:58 | Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 50

Cənub Mirvarisi-2009 Paylaş Fanat: Sentyabrın 2-də Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı ilə 1996/97-ci il təvəllüdlü uşaqlar arasında "Cənub Mirvarisi-2009" III Futbol çempionatına start veriləcək. Fanat.az xəbər verir ki, çempionatda Astara, Lerik, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala və Yardımlı rayonlarını təmsil edən 10 komanda mübarizə aparacaq. Komandalar iki qrupa bölünərək, mübarizəyə başlayacaq. A qrupu Biləsuvar UGİM-1 (Cəlilabad) UGİM (Neftçala) UGİM-2 (Cəlilabad) Yardımlı Davamı...

Açar sözlər:

Yazar: lerik | Tarix: Sentyabr 14, 2009 11:53 | Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 36

Qədim musiqi alətləri hazırlanmasının sirlərinə mükəmməl yiyələnmiş Cəngəmiran kənd sakini Sərhəng Qafarovun emalatxanası Lerik şəhərindəki peşə məktəbində yerləşir. 55 yaşlı sənətkar bu işlə 20 ildir məşğuldur. O, xalq çalğı alətlərinin bütün növlərini hazırlaya bilir. Davamı...

Açar sözlər:

Yazar: lerik | Tarix: Sentyabr 14, 2009 11:44 | Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 62


Qabaqki yazılar

« Əvvəlki səhifə   Yazılar cəmi: 127    Sonrakı səhifə »
 
(LERIK RAYONU)