Лерикскй район, РАЙОН ДОЛГОЖИТЕЛЕЙ

Cənuba avtobus və ya avtomobillə səyahət edən turistlər Ələt-Astara magistral yolundan istifadə edirlər

Yay mövsümündə bölgələrdə istirahət etmək istəyənlər birinci növbədə bu ərazinin infrastrukturu və yoli ilə maraqlanır. ANS TV-nin əməkdaşları turizm baxımından əlverişli region sayılan cənub bölgəsinin yol infrastrukturunun vəziyyətini araşdırıblar.

 
Cənub bölgəsində turizmin sürətlə inkişafına təkan verən amillərdən biri də yol infrasturukturunun vəziyyətidir. Qeyd edək ki, cənuba avtobus və ya avtomobillə səyahət edən turistlər Ələt-Astara magistral yolundan istifadə edirlər. Yolun hazırkı vəziyyəti ötən illərlə müqayisədə xeyli yaxşılaşıb. Beynəlxalq standartlara tam cavab verməsə də, sürücülər yolla bağlı problemlərinin olmadığını bildiriblər.
 

Ələt-Astara magistral yolu cənub bölgəsində üç rayonun ərazisindən keçir və bu hissənin ümumi uzunluğu 90 km-dir. Ötən il yolun 9 km-i asfaltlaşdırılıb. Yolun tam asfaltlaşdırılmasına isə Biləsuvar dolama yolunun təmirindən sonra başlanıla bilər. Qeyd edək ki, 42 saylı Lənkəran Yol İstismar İdarəsi eyni zamanda ölkə əhəmiyyətli 17 km-lik Lənkəran-Lerik yoluna da xidmət göstərir.

 

Yolun Masallı rayonundan keçən 26 km əraziyə 41 saylı Masallı yol istismar idarəsi xidmət göstərir. İdarə eyni zamanda respublika əhəmiyyətli 17 km-lik Masallı-Yardımlı və 5 km-lik dəmir yolu stansiyasına gedən yola xidmət edir. Hazırda bu yollar nəqliyyatın hərəkəti üçün normal vəziyyətdə olsa da, cari təmirə ehtiyac duyulur. Bunu idarənin rəsmiləri də təsdiqləyib.

 

Masallı 41 saylı yol istismar idarəsinin baş mühəndisi Məmmədağa Dadaşovun sözlərinə görə, keçən il 1-km-ə yaxın asfaltlaşdırma həyata keçirilib, sonra müəyyən səbəblərə görə iş dayanıb: «Bu, ilin ikinci yarısında gözlənilir ki, davam eləsin».

 

Ələt-Astara magistralının Astara rayonundan keçən hissəsinin uzunluğu 25 km-dir. 52 saylı Astara yol istismar idarəsinin rəisi Qurban Əliyevin verdiyi məlumata görə, ötən il magistral yolun 5 km-i asfaltlaşdırılıb. Bu ilin ikinci yarısında işlərin davam etdiriləcəyi gözlənilir. Yolların sıradan çıxmasına əsas səbəb kimi yolda ağır tonnajlı maşınların intensiv hərəkəti və həmin maşınların qat-qat artıq yük götürməsi göstərilir.

 

Ələt-Astara yolu boyu lazımi yerlərdə yol nişanları da qoyulub. Onların bir hissəsi köhnə olduğundan dəyişdirilməsi ilə bağlı "Azəryolservis" şirkətinə müraciət olunub. Masallı yol istismar idarəsinin baş mühəndisi Məmmədağa Dadaşovun sözlərinə görə, tikinti işləri başa çatandan sonra ora yol nişanları da qoyulacaq.

 

Magistral yolda nişanların vacibliyini Baş Dövlət Yol Polisi İdarəsinin ərazidə xidmət göstərən əməkdaşları da təsdiqləyib. Yol polisləri bildiriblər ki, turizm mövsümü ilə əlaqədar olaraq yolda nəqliyyatın hərəkəti intensivləşib. Amma yolda nişanlar qoyulduğundan və dörd yerdə foto radar-sürət ölçü cihazları quraşdırıldığından sürücülərin ehtiyatlılığı xeyli artıb. Bu səbəbdən də yol-qəza hadisələrinin sayı ötən illərlə müqayisədə azalıb.

 

Yol patrul müfəttişi Mehman Səfərovun dediyinə görə, yaşayış məntəqələrində ötmə əməliyyatı qadağan olunmaqla yanaşı, sürət həddi 50-60, qeyri-yaşayış məntəqələrində isə saatda 90 km-dən artıq deyil. Yol polisi əməkdaşının bildirdiyinə görə, magistral yolda əsasən yol ayrıclarını və sərt döngəni göstərən nişanlar yoxdur ki, bununla bağlı əlaqədar qurumlara müraciət edilib. Qeyd edək ki, bu il cənub bölgəsinə 50 minə qədər turistin səfər edəcəyi gözlənilir. Yəqin ki, hazırkı yollar turistləri tam qane etməsə də, narahat da etməyəcək. /ANS TV/

 
 
 
 
 
 

http://anspress.com/nid121257.html  



Açar sözlər: ələt astara ans tv cənuba 

Yazar: lerik | Tarix: İyun 26, 2009 13:50 | Cenub Xeberleri | Şərhlər(0) | Baxış sayı: 87

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha